|
|
|
|

Azərbaycanın Özbəkistandakı yeni səfiri Rəşad Məmmədov etimadnaməsini Özbəkistan prezidenti Şavkat Mirziyoyevə təqdim edib.
525.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin rəsmi saytı məlumat yayıb.
Prezident Mirziyoyev deyib ki, iki dövlətin liderlərinin güclü siyasi iradəsi sayəsində Azərbaycanla münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatıb.

O bildirib ki, qarşılıqlı ticarətin həcmi 40 faiz artıb, birgə müəssisələrin sayı təxminən 450-yə çatıb və yük daşımalarının həcmi ikiqat artıb.
“Özbəkistan və Azərbaycan arasında birgə investisiya portfelini yaxın gələcəkdə 10 milyard dollara çatdırmaq üçün iddialı bir məqsəd qoyulub”, - Prezident deyib.
Qeyd olunub ki, qarşıdakı yüksək səviyyəli görüşlər ikitərəfli əməkdaşlığa yeni təkan verəcək.
Pərvanə Sultanova



