|
|
|
|

Çinin şimal-qərbindəki Çinqhay əyalətində ardıcıl iki zəlzələ baş verib.
525.az xəbər verir bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi açıqlama yayıb.
Bildirilib ki, Çinqhay əyalətinin paytaxtı Xininqdən təxminən 244 kilometr məsafədə 5.7 və 5.8 bal gücündə iki zəlzələ qeydə alınıb.
10 kilometr dərinlikdə baş verən birinci zəlzələ yerli vaxtla saat 11:16-da, ikincisi isə saat 11:34-də baş verib.
İbrahim Cəfərov



