|
|
|
|

"UNEC Tədris Kataloqu 2026 artıq hazırdır. Bu kataloq sadəcə ixtisasların siyahısı deyil. O, UNEC-in gələcəyə baxışını və müasir tələblərə uyğun formalaşdırdığı akademik yanaşmanı özündə əks etdirir".
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, 2026-cı il Tədris Kataloqunda bakalavriat və magistratura proqramları, tədris planları, təhsil imkanları, beynəlxalq əməkdaşlıqlar, ikili diplom proqramları, tələbələrin akademik inkişafını dəstəkləyən yeniliklər və digər faydalı məlumatlar təqdim olunur:
"Bu kataloq hər bir abituriyentə, tələbəyə və valideynə qərar verməkdə etibarlı bələdçi olacaq".
Sevinc Qarayeva



