|
|
|
|

Fələstin HƏMAS hərəkatının nümayəndə heyəti Qəzza sülh planının ikinci mərhələsi üzrə İsrail tərəfi ilə danışıqları başa çatdırmaq üçün Misirə gedir.
525.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Qeyd edilib ki, sülh planı ilə bağlı əsas mübahisəli aspekt hələ də radikal hərəkatın hərbi birləşmələrinin tərksilah edilməsi ilə bağlıdır.
HƏMAS nümayəndələri Qahirədə Misir, Qətər və Türkiyə vasitəçiləri, eləcə də Fələstin fraksiyaları ilə görüşlər keçirəcəklər. Məqsəd atəşkəs rejimini möhkəmləndirmək və planda nəzərdə tutulan bütün öhdəliklərin yerinə yetirilməsini təmin etməkdir.
Məlumata görə, HƏMAS nümayəndələri İsrailin razılığı şərtilə, Sülh Şurası və vasitəçilər tərəfindən təqdim edilən yol xəritəsinin tələblərinə müsbət yanaşırlar.
Pərvanə Sultanova



