|
|
|
|

ABŞ-nin Viskonsin ştatında güclü qasırğa baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa səbəbindən bölgədəki 30 mindən çox ev işıqsız qalıb.
Ştat rəsmisi Qordon Hintz qasırğa səbəbindən ölən və ya yaralanan olmadığını bildirib.
O əlavə edib ki, elektrik enerjisinin bərpası bir neçə gün çəkə bilər.
İbrahim Cəfərov



