|
|
|
|
Avropa Komissiyası vaksinləmə strategiyası məsələsində öz şəxsi mövqeyinin müdafiəsinə qalxıb.
525.az xəbər verir ki, Brüsseldə Aİ-nin ünvanına tənqidləri rədd edərək, bu məsələdə qarşılarına qoyduqları məqsədin yeganə preparata bağlanmaq deyil, klinik sınaqlardan keçən vaksinlərin mümkün qədər geniş seçimini yaratmaq olduğunu bəyan ediblər. Bu məqsədlə Aİ 6 müxtəlif istehsalçıdan təqribən 2 milyard doza vaksin sifariş etməyi qərara alıb. Hazırda yalnız “BioNTech” şirkətinin hazırladığı vaksin Avropa Komissiyasının razılığını alıb. Lakin növbədə “yaşıl işıq” almaq üçün daha çox ehtimal edilən namizədin – Amerika istehsalı olan “Moderna” vaksininin xüsusiyyətlərinin nəzərdən keçirilməsi durur.
Hazırda təxminən 1,3 milyon doza “BioNTech” vaksini artıq təkcə Almaniyaya çatdırılıb və təqribən 265 min nəfər almaniyalı könüllü olaraq vaksinləmədən keçib