Türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı, iş adamı Rza Zərrab həbsdən buraxılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il dekabrın 17-də rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs edilən iş adamı Barış Güler və Kaan Çağlayanla birgə azad edilib.
Adıçəkilən şəxslərin ölkə xaricinə çıxması müvəqqəti olaraq qadağan edilib.