Acı xəbər - Xalq yazıçısı Anar yazır
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
Azərbaycan-Almaniya əlaqələrində yeni strateji dövr
Jurnalist kimdir?
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
"525" - 30
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
23 İyul 2026
19:14
Acı xəbər -
Xalq yazıçısı Anar yazır
18:40
Azərbaycan millisinin heyəti açqlandı
18:30
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:22
Bakının iki rayonunda qaz təchizatında qısamüddətli fasilə olacaq
18:00
Taylandda nəzarət məntəqəsinə hücum -
5 əsgər həlak olub
17:54
Londonda “YAŞAT” yay məktəbi davam edir
17:48
Ağdam Sənaye Parkının rezidenti tərəfindən Qazaxıstana 8 min cüt xüsusi işçi ayaqqabısı ixrac edilib
17:42
Arıçılıq sahəsində yeni dövlət standartı qəbul edilib
17:39
Milli mətbuatın inkişafında ruhaniliyin rolu
17:36
Ölkədaxili sifarişli sərnişin və yükdaşıma həyata keçirən sürücülər təlimlərə cəlb edilir
17:31
ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər artıb
17:25
Goranboyda İsmayıl Qarayevin həyat və yaradıcılığına həsr olunan “Ədəbiyyat Günləri”
17:19
Dördüncü “Maarifçi” proqramına 5 mindən çox müraciətdən 53 namizəd seçilib
17:13
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
17:07
Zelenski ABŞ-a gedir
17:00
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir
16:54
"Bu, əhalinin sayına və piyada axınının intensivliyinə uyğun müəyyən edilməlidir" -
Nəqliyyat ekspert
16:48
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
16:42
ARDNF-nin investisiya portfelinin aktivlər üzrə bölgüsü açıqlanıb
16:36
Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub
16:31
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb
16:25
Çexiyada hərbi helikopter qəzaya uğrayıb
16:19
"Xüsusilə ağır cinayətlərlə bağlı daha iki cinayət işi məhkəməyə göndərilib" -
Baş Prokurorluq
16:13
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
16:07
“Aİ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək” -
Kallas
16:00
Azərbaycan fəlsəfə elminə yeni dəyərli töhfə
15:54
Azərbaycan "PowerChina Resources Ltd." ilə günəş və külək enerjisi layihələrinin inkişafını müzakirə edib
15:48
"Araz-Naxçıvan" heyətini qvineyalı futbolçu Mamadu Kane ilə gücləndirib
15:42
Azərbaycan və Pakistan arasında peşə hazırlığına dair memorandum hazırlanması nəzərdə tutulur
15:36
Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
15:31
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar -
VİDEO
15:25
Hindistanda daşqınlarda ölənlərin sayı
41-ə çatıb
15:19
"Azərbaycan artıq Avropada söz sahibi ölkələrdən birinə çevrilib" -
Millət vəkili
15:13
İranda təhlükəsizlik qüvvələri ilə silahlı qrup arasında toqquşma
15:07
“ABŞ-ın əsas məqsədi nüvəsiz İrandır” -
Rubio
15:00
Saatlıda 9 kq narkotik aşkarlanıb
14:54
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:48
"Dünyanın heç bir ölkəsində repetitorluq yalnız aşağı maaşa görə yaranmayıb" -
Təhsil eksperti
14:42
Məxfi xidmətin əməkdaşı Vensin səfər məlumatlarını sızdırmaqda şübhəli bilinir
14:36
"Şəfa" daha bir legioner transfer etdi
14:31
Azərbaycan-Almaniya əlaqələrində yeni strateji dövr
14:25
Pakistanda güclü yağışlar 37 nəfərin həyatına son qoyub
14:19
Tanınmış rəssam Maral Rəhmanzadənin anadan olmasından 110 il ötür
14:13
Lənkəran penitensiar müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb
14:07
Mavritaniya sahillərində 143 nəfər itkin düşüb
14:00
"Ən strateji resurs insanın özüdür" -
Millət vəkili
13:56
Keçmiş məcburi köçkünlər qayıtdıqları evlərə mülkiyyət hüququ əldə edəcəklər
13:44
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
13:42
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib
13:39
İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək
13:26
ARDNF qızıl satışını dayandırıb
13:11
Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
13:05
Azərbaycanda 6 ayda 293 yeni dövlət standartı qəbul olunub
13:00
"Neftin bahalaşması yalnız enerji sektoruna təsir etmir" -
İqtisadçı
12:54
Altı ayda əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
12:40
Azərbaycana turist axını 10 ffaizdən çox azalıb
12:30
Mundialın simvolik yığması
12:28
Sabahın hava proqnozu
12:19
Dünya çempionlarına pomidor hədiyyə etdilər
12:15
“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə
12:11
Azərbaycanda iki peşə təhsili müəssisəsi yaradılacaq
12:04
Yamal və Haalanddan rekord
12:00
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
11:55
Aran regional filialında könüllülərlə maarifləndirici görüş
11:50
Macarıstanın Baş naziri təhqir olundu
11:45
Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb
11:39
Fransada meşə yanğınları, minlələ insan təxliyə edildi
11:33
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
11:25
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib
11:17
Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb
Son xəbərlərin davamı »
Tapılmayan dərman
(davamı)
Yazar
Oxunub:
1576
dəfə
a
-
A
+
10.03.14 11:43
Əli İLDIRIMOĞLU
O
,
məzlum
bir
görkəm
alıb
başını
aşağı
dikdi
,
əskini
əlində
burub
gücü
gəldikcə
sıxdı
.
Qırıq
səslə
:
–
Amma
nədənsə
bizim
latareyamız
maşın
udmur
.
Atam
rəngsazdır
.
Rəngsazların
bəxti
Ağalətif
dayınınkı
kimi
deyil
.
Atama
da
deyirəm
,
sən
elə
evləri
bəzəyirsən
.
Xaş
bişirən
olsaydın
,
indi
çoxdan
bir
“
Volqa
”
udmuşduq
.
Lap
“
Moskviç
”
ə
də
razıyam
.
Atam
da
sözümə
baxmır
.
Mənə
acığı
tutur
.
Bəzən
də
gülür
,
deyir
ki
,
sən
hələ
uşaqsan
,
çox
şeyi
qanmırsan
,
səfehləmə
.
Hə
... –
O
davam
etdi
. –
Ağalətif
dayı
yamanca
xaş
bişirir
.
Dadından
doymaq
olmur
.
Özü
də
cavan
cöngə
dırnağından
.
Yeyənlərin
hamısı
tərifləyir
.
Dibində
artıq
qalanda
mənə
də
verirlər
.
Səhərin
gözü
açılan
kimi
hamı
Ağalətif
dayının
xaşxanasına
axışır
.
Ağalətif
dayı
deyir
ki
,
xaş
elə
şeydir
ki
,
gərək
onu
alaqaranlıq
yeyib
qurtarasan
.
Lap
işıqlaşmamış
.
Ağalətif
dayının
hazırladığı
sirkə
-
sarımsaqdan
olmaz
.
Özü
evdə
xüsusi
düzəldir
.
Bizim
şəhərdə
hər
adam
Ağalətif
dayının
sirkə
-
sarımsağını
düzəldə
bilməz
.
Bu
sirri
bircə
Ağalətif
dayı
özü
bilir
,
heç
kimə
də
demir
.
Heç
uşaqlarına
da
.
Dadan
qürrələnə
-
qürrələnə
:
–
Ağalətif
dayının
əlindən
hər
iş
gəlir
.
Böyük
vəzifəlilər
də
onu
görəndə
baş
əyirlər
.
Hələ
indiyənəcən
bir
sözünü
iki
eliyən
olmayıb
.
Bütün
dükançılar
,
pavilyon
işçiləri
,
satıcılar
obaxeyisi
görəndə
özlərini
itirirlər
.
Amma
Ağalətif
dayı
obaxeyisləri
sayıb
,
adam
yerinə
də
qoymur
.
Əksinə
,
obaxeyis
işçiləri
Ağalətif
dayıdan
çəkinirlər
,
hətta
obaxeyis
işçilərinin
işi
düyünə
düşəndə
Ağalətif
dayının
yanına
yüyürürlər
ki
,
kömək
eləsin
.
Çünki
Ağalətif
dayı
obaxeyislərin
böyüyü
ilə
dostluq
edir
.
Hamısı
Ağalətif
dayı
ilə
çaşka
-
loşkadırlar
.
Nəçənniyin
özü
Ağalətif
dayının
başına
and
içir
.
Böyük
nəçənniklər
Ağalətifə
Ağalətif
dayı
deyirlər
.
Dadan
maşınını
təmizlədiyi
adamın
əmisindən
fəxrlə
danışırdı
.
Bütün
bunların
mənimçün
o
qədər
əhəmiyyəti
yox
idi
.
Mən
ayrı
şey
barədə
düşünürdüm
.
Soluks
,
quş
lələyi
,
bir
də
şəhəri
başdan
-
ayağa
gəzib
axtardığım
Naftalan
haqda
.
Dərd
məni
götürmüşdü
.
Dadan
Ağalətif
barədə
danışdıqca
öz
-
özümə
deyirdim
: “
Kaş
onun
bəxti
məndə
olaydı
. “
Volqa
”
zad
istəmirəm
,
elə
axtardığım
ikicə
şüşə
Naftalanı
tapa
bilsəydim
...
Əgər
uduşa
Naftalan
düşsəydi
,
maaşımın
yarısını
yox
,
lap
hamısını
latareya
biletinə
verərdim
...”
Sonra
düşünüb
-
daşınırdım
: “
Hanı
məndə
o
bəxt
?!”
Dərindən
köks
ötürdüm
.
İstədim
Dadanı
dilə
tutub
ələ
alım
və
soruşum
görüm
o
,
Ağalətifə
desə
,
Naftalan
tapa
bilərmi
?!
Fikrimdən
daşındım
,
dedim
sözüm
yerə
düşər
.
Düşündüm
ki
,
obaxeyislərin
baş
əydiyi
,
nəçənniyin
çaşqa
-
loşqa
olduğu
bir
adam
Dadanın
ağzına
qurud
verməz
,
sözünü
saymaz
.
Bir
də
ki
,
Ağalətifdə
hanı
o
hünər
?!
Naftalanı
yəqin
o
da
tapa
bilməz
.
Yol
boyu
hər
addımda
qabağımdan
bir
“
Volqa
”
şütüyüb
keçirdi
.
Özü
də
cürbəcür
rənglərdə
,
ağ
,
qara
,
yaşıl
,
perlamotr
.
Hərəsi
də
,
bir
cür
siqnal
verirdi
.
Biri
qarmon
çalır
,
biri
bülbül
kimi
cəh
-
cəh
vurur
,
biri
zilə
qalxır
,
biri
bəmə
enirdi
.
Amma
səhərdən
bəri
bütün
aptekləri
ələk
-
vələk
eləmişəm
,
bircə
şüşə
Naftalan
tapılmır
ki
,
tapılmır
.
Elə
bil
qəhətə
çıxıb
. “
Volqa
”
udmağa
nə
var
?!
Əgər
Dadanın
tərif
vurduğu
kimi
Ağalətif
dayının
o
cür
ad
-
sanı
,
cürəti
varsa
,
qoy
Naftalan
tapsın
!
Əlbəttə
,
tapa
bilməz
.
Bu
barədə
Dadanla
nədən
desən
,
mərc
də
gələrəm
.
Latareya
bileti
ilə
və
ya
sprintlə
maşın
udmağa
,
xaş
bişirməyə
,
sirkə
-
sarımsaq
hazırlamağa
nə
var
?!
Amma
Naftalan
tapmaq
müşkül
məsələdir
.
Hər
oğulun
hünəri
deyil
.
Dadan
əlindəki
yaş
əskini
bir
neçə
dəfə
suya
salıb
çıxartdı
.
Əskinin
suyu
süzülə
-
süzülə
qara
“
Volqa
”
nın
şüşələrini
,
fənərlərini
dönə
-
dönə
yudu
.
Üstündən
də
sabunlu
maçalka
çəkdi
.
Axırda
da
ağappaq
cuna
çıxardıb
,
yuduğu
yerləri
quruladı
.
Geri
çəkilib
maşını
yenə
də
diqqətlə
nəzərdən
keçirdi
.
Orda
-
burda
qalan
ləkələri
bir
də
sildi
.
Qabaq
qapısını
açıb
maqnitafonu
işə
saldı
.
Zənci
xalq
musiqisinin
guppultusu
başlandı
.
Qarma
-
qarışıq
çığırtılar
ətrafı
bürüdü
.
Maqnitafon
oxuduqca
cürbəcür
–
qırmızı
,
yaşıl
,
sarı
işıqlar
saçırdı
.
Dadan
yaşına
uyğun
hərəkətlərilə
,
məni
daha
da
təəccübləndirmək
üçün
fəxrlə
:
–
Görürsən
dəə
! –
dedi
. –
Yaponskidi
.
Hacıhəsən
deyir
ki
, “
Volqa
”
nın
üçdə
bir
qiyməti
qədər
dəyəri
var
.
Həm
radiodur
,
həm
də
maqnitafon
.
Stereodur
.
Ağalətif
kimi
hörmətli
bir
adamın
arvadı
xəstələnmişdi
.
Bakıya
,
Tbilisiyə
,
Vilnusa
,
Moskvaya
,
Leninqradacan
adam
saldılar
.
Hər
yerə
sifariş
göndərdilər
.
Hara
getdilər
əlləri
boşa
çıxdı
.
Həmin
dərman
tapılmadı
.
Axırda
yenə
də
məcbur
olub
Hacıhəsənin
üstünə
gəldilər
.
Dadan
özündən
razı
halda
qəddini
şax
tutub
fəxrlə
gülümsündü
:
–
Hacıhəsən
elə
o
dəqiqə
həmin
dərmanı
tapıb
verdi
.
Adlı
-
sanlı
kişinin
xəstə
arvadı
dərmanı
içən
kimi
sağaldı
.
Həmin
xəstə
arvadın
qardaşı
da
əvəzində
,
bax
,
bu
maqnitafonu
Hacıhəsənə
bağışladı
.
Şəhərdə
heç
kimin
“
Volqa
”
sında
beləsi
yoxdur
.
Lap
böyuk
vəzifədə
olanların
maşınında
da
bu
maqnitafondan
görə
bilməzsən
.
Dadan
bunları
deyib
sonra
da
“
Volqa
”
nın
fənərlərini
tərifləməyə
başladı
:
–
Bu
da
xaricidir
.
Nə
qədər
qaranlıq
gecə
,
qatı
duman
olsa
da
,
bu
faralar
yolu
gün
kimi
işıqlandırır
.
Qabaq
apaçıq
görünür
.
Birinin
əli
dara
düşmüşdü
.
İnstitutu
qurtaran
nişanlı
qızı
can
üstə
idi
.
Neçə
yerə
getdi
,
dərman
tapılmadı
.
Hacıhəsən
düzəltdi
.
Qız
da
sağalıb
durdu
ayağa
.
Bax
,
bu
faraları
da
həmin
qızın
nişanlısı
bağışlayıb
:
–
O
,
qibtə
ilə
:
–
Bilirsən
,
Hacıhəsən
necə
aptekçidir
?! –
Səsini
alçaltdı
. –
Onun
gizlində
elə
dərmanları
var
ki
,
ölüyə
versən
dirilər
.
Dadanın
dedikləri
məni
xeyli
yüngülləşdirdi
.
Durub
getmək
istəyirdim
,
fikrimi
dəyişdim
.
Gördüm
ki
,
bu
söz
-
söhbətdə
işıq
ucu
var
.
O
cür
dərmanları
tapıb
düzəldən
adam
məndən
Naftalan
əsirgəməz
.
Heç
mən
də
Hacıhəsənə
borclu
qalmaram
.
Gücüm
çatandan
bir
hədiyyə
tapıb
bağışlayaram
.
Dadan
əlini
siqnala
toxundurdu
.
Mənə
elə
gəldi
ki
,
kimsə
maşının
kabinəsində
gizlənib
qaboy
çalır
.
Dadan
heyrətləndiyimi
görüb
boynunu
yana
əydi
və
bic
-
bic
güldü
.
O
,
şirnikləşib
əlini
başqa
bir
düyməyə
toxundurdu
.
Bu
dəfə
yanğınsöndürən
maşınların
verdiyi
həyəcan
siqnalı
eşidildi
.
Dadan
bu
ecazkar
səslərin
necə
təsir
bağışlayıb
,
təəccüb
doğurduğunu
yoxlamaq
üçün
mənə
tez
-
tez
sınayıcı
nəzər
yetirirdi
.
Etdiyi
hər
bir
hərəkətdən
sonra
zənlə
sifətimin
ifadəsinə
baxırdı
.
Dadanın
barmağı
başqa
bir
siqnalın
düyməsinə
toxundu
.
Qulağımda
elə
bil
balabanın
həzin
dili
səsləndi
.
Bu
,
Dadana
ayrı
cür
ləzzət
elədi
.
O
,
sadəlövhlüklə
:
–
Bu
siqnalların
da
hərəsini
bir
adam
bağışlayıb
.
Hacıhəsənin
bahalı
dərman
tapıb
verdiyi
adamlar
.
Dadan
təkəş
-
təkəş
kabinəyə
keçib
“
Volqa
”
nı
işə
saldı
.
Maşını
ustalıqla
yerindən
tərpətdi
.
İsladıb
çirkləndirdiyi
yerdən
araladı
.
Tərtəmiz
quru
asfaltın
üstündə
əyləci
basıb
düşdü
.
Maşının
əsl
sahibi
kimi
kişiləndi
. “
Volqa
”
nın
arxasına
,
qabağına
keçdi
.
Yalın
ayağı
ilə
təkərlərin
hərəsinə
bir
təpik
ilişdirdi
.
Nasosu
işə
salmamasından
aydın
oldu
ki
,
təkərlər
normal
doldurulub
.
Məccani
vəzifəsini
bu
cür
canıdildən
yerinə
yetirməsi
onda
özünə
qarşı
məmnun
əhval
-
ruhiyyə
yaradırdı
.
Dadan
kepkasının
əzilmiş
dimdiyini
yuxarı
qaldırıb
fıştırıq
çala
-
çala
dayaz
arxa
girdi
.
Ətsiz
baldırına
bulaşan
palçığı
,
dizlərindən
maşın
yağı
ləkələrini
silib
yudu
.
Nimdaş
paltarına
bulaşan
toz
-
torpağı
çırpıb
təmizlədi
.
Hələ
tüklənməmiş
qəşəng
üzünə
şappıltı
ilə
iki
ovuc
su
vurdu
.
Damcı
-
damcı
suyu
süzülən
qaşının
altından
mənə
yenə
bic
-
bic
göz
vurub
arxdan
çıxdı
.
Dadanın
bu
hərəkətlərini
başa
düşürdüm
.
O
,
bu
eyhamları
ilə
anlatmaq
istəyirdi
ki
,
görürsən
də
,
Dadan
da
özünə
görə
bir
kişidir
.
Bax
,
papaq
altında
belə
oğullar
var
.
Balaca
olmağıma
baxma
,
mənə
belə
bir
təm
təraqlı
“
Volqa
”
nı
etibar
edirlər
.
Maşının
açarlarını
da
üstündən
götürmürlər
.
Bax
,
özün
şahid
oldun
də
.
Hələ
desən
, “
Volqa
”
nın
kabinəsində
də
əyləşdim
.
Maşını
işə
saldım
.
İrəli
-
geri
verdim
.
Özü
də
lap
Hacıhəsənin
oturduğu
yumşaq
yerdə
əyləşmişdim
.
Kürəyimi
də
rahatca
arxaya
söykəmişdim
.
Əlim
-
üzüm
oturacağın
yumşaq
vilvet
örtüyünə
toxunurdu
,
həzz
alırdım
.
Bax
,
bu
şəhərdə
belə
xoşbəxtlik
hər
adama
qismət
olmur
.
Nə
olsun
ki
,
Dadaş
olduğum
halda
,
məni
–
Dadan
–
deyə
çağırırlar
.
Dadan
olmağımı
neyləyirsən
,
Ağalətiflə
Hacıhəsən
ki
,
məni
yaxından
tanıyırlar
,
özlərinə
məhrəm
bilirlər
,
etibar
eləyirlər
.
Mən
də
onların
hər
işinə
yarayıram
,
buyruqlarını
yerinə
yetirirəm
.
Belə
-
belə
işlərində
kara
gəlirəm
...
Bu
sözləri
mən
onun
hərəkətlərindən
,
baxışlarının
ifadəsindən
oxuyurdum
.
Mənə
bic
-
bic
göz
vurmasından
hiss
edirdim
.
Dadan
bir
neçə
dəqiqə
ayaq
üstə
şəstlə
dayandı
.
Dizlərinin
suyu
quruyana
qədər
.
Sonra
çirmələdiyi
şalvarını
aşağı
saldı
.
Göyümtül
damarları
görünən
ətsiz
baldırı
örtüldü
.
Burnu
deşilmiş
corabını
ayağına
keçirtdi
.
Ayağının
ölçüsündən
xeyli
böyük
olan
çəkməsini
geyib
bağlarını
düyünlədi
.
Əlbəttə
,
kiminsə
köhnəsi
idi
.
Dadanın
üzünü
silməyə
cib
dəsmalı
olmasa
da
,
dibində
dayandığı
yaşıl
ağaclar
qanadlarıyla
yelpikləyib
cılız
boynunun
,
balaca
qulaqlarının
,
ensiz
alnının
,
qəşəng
qaşlarının
suyunu
,
tərini
qurutmuşdu
.
Ancaq
çəkdiyi
əzabların
qəmli
kölgəsi
qansız
çöhrəsindən
silinməmişdi
.
Baxışları
bəzən
qəribə
təsir
bağışlayırdı
.
Hərəkətlərindən
hiss
olunurdu
ki
,
onun
müti
itaətkarlığının
arxasında
düçar
olduğu
mühitdən
doğan
xoşagəlməz
bir
sırtıqlıq
da
vardır
.
Dadan
başındakı
kepkanın
əzilib
gözünün
üstünə
sallanan
dimdiyinin
altından
mənə
tərəf
maddım
-
maddım
baxaraq
laqeydcəsinə
soruşdu
:
–
Doğrudan
,
dərman
almağa
gəlmisən
?
–
Bəli
, –
dedim
.
–
Hacıhəsən
qağa
düzəldər
, –
dedi
. –
Arxayın
ol
.
Ehtiyatlı
adamdır
.
Onda
hər
cür
dərman
var
.
Birdən
-
birə
fikrə
getdi
.
Sonra
tərəddüdlə
:
–
Ancaq
adamına
baxır
də
,
dayı
–
əlavə
etdi
. –
İncimə
ee
,
dayı
, –
dili
dolaşdı
, –
bilirsən
də
,
indi
hər
şey
tanışlıqnandı
.
Atam
deyir
ki
,
adamın
gərək
dəyirmanda
da
tanışı
ola
.
İndi
dostsuz
,
tanışsız
iş
aşmır
dayı
.
Onsuz
baş
girləmək
çətindir
.
Hacıhəsən
dayı
ilə
tanışlığın
vaar
?
–
Xeyr
, –
dedim
, –
tanımıram
.
–
Ağalətif
əmini
necə
?!
–
Onu
da
tanımıram
.
–
Yaxşı
,
onda
yuxarılarda
adamın
-
zadın
yoxdur
ki
?
–
Xeyr
,
yoxdu
. –
dedim
. –
Dərman
almağa
nə
adam
?
Dadanın
mənə
yazığı
gəlirmiş
kimi
çöhrəsi
tutqunlaşdı
:
–
Deməli
,
yuxarılardan
də
tapşırmayıblar
?!
Cavab
verməkdə
çətinlik
çəkdim
.
Hesabı
içəri
verib
başımı
buladım
.
Dadan
yenə
halıma
acıyırmış
kimi
yerində
yırğalandı
.
Onun
aydın
baxışlarında
gizli
istehza
duyurdum
.
Mənim
bu
cavablarım
Dadanı
heç
açmadı
.
Onu
təəccüb
götürmüşdü
.
Gözlərini
geniş
açıb
çəlimsiz
boynunu
mənə
tərəf
uzatdı
:
–
Düz
deyirsən
?
Yəni
Ağalətif
əmini
,
Hacıhəsən
qağanı
tanımırsan
?!
–
İstəyirsən
and
içim
,
Dadan
,
tanımıram
.
Bu
sual
-
cavabdan
sonra
Dadanın
miskin
görkəmi
başqalaşdı
.
Bu
aptekdən
Naftalan
ala
biləcəyim
haqda
bayaqdan
yaranan
ümidlərim
bir
andaca
alt
-
üst
oldu
.
Ağalətifin
xaşxanasında
olmamışam
,
Hacıhəsənlə
də
tanışlığım
yoxdur
.
Yuxarılardan
da
deməyiblər
.
Onda
,
deməli
,
nahaq
yerə
burda
bir
belə
dayanıb
vaxt
itirmişəm
.
Dadanla
da
çənə
-
boğaz
olmağıma
dəyməzmiş
.
Lakin
yenə
də
ümidimi
üzmədim
.
Bir
neçə
dəqiqə
də
gözləməli
oldum
.
Ancaq
“
Ağalətiflə
Hacıhəsəni
tanımıram
,
yuxarılarda
da
adamım
yoxdur
”
kəlməsi
Dadanla
mənim
aramda
qəribə
bir
soyuqluq
yaratdı
.
İndi
Dadan
mənə
əvvəlki
rəğbətlə
baxmırdı
.
O
cür
mötəbər
adamlara
səmt
olmamağım
məni
Dadanın
gözündən
bir
qədər
salmışdı
.
Elə
bil
onun
qarşısında
“
dərisi
bir
köpüyə
dəyməyən
”,
hansı
əcnəbi
ölkədənsə
peyda
olmuş
bivec
,
gərəksiz
bir
adam
dayanmışdı
.
Daha
mənimlə
kəlmə
kəsmək
istəmirdi
.
Burada
durmağıma
da
məhəl
qoymurdu
.
Bircə
o
qalmışdı
ki
,
mənə
desin
:
–
Ağalətif
əmi
ilə
Hacıhəsən
qağanı
tanımayan
kəsin
bu
şəhərdə
yaşamağa
haqqı
yoxdur
,
Naftalan
yerinə
qulağının
dalını
görərsən
.
Nahaq
yerə
burda
durma
.
Yaxşı
olar
ki
,
itilib
gedəsən
.
Sənin
kimi
adamın
yeri
cəhənnəmdir
!
Bu
lap
əfəlin
biri
imiş
ki
.
Bu
çılğın
qəzəblə
yanaşı
,
onda
mənə
qarşı
çətin
hiss
olunan
bir
rəhmdillik
,
şəfqət
də
duyurdum
.
Kepkasının
dimdiyini
gözünün
üstünə
əyib
oğrun
-
oğrun
məni
süzürdü
.
Sanki
dillənib
məni
məzəmmət
etmək
istəyirdi
: “
Yazıq
adam
!
Sən
Ağalətiflə
Hacıhəsəni
tanımırsansa
,
yuxarılarda
da
söykəyin
yoxdursa
,
dünyanın
məğmun
bəndəsisən
.
Axtardığını
çətin
taparsan
”.
(
Ardı
var
)
Bizi İnstagramda izləyin
Müəllifin digər yazıları
Mənim musiqi dünyam
17.11.23
Tərk edilmiş yuvalar
17.02.23
Erməni xisləti - "Daş yağan gün" romanından...
26.10.20
İşıqlı yol - "525"-25
Hər gün yaşadığım mənzildən çox da aralı olmayan qəzet-jurnal köşkünə baş çəkirəm.
16.10.17
Əmrahsız qalan dağlar
Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.
12.12.16
Əmrahsız qalan dağlar
Davıdlı camaatı ermənilərin bu cür qəfil hücumunu gözləmirdi. Ona görə də düşmənin qarşısını almaq üçün heç bir hazırlıq görməmişdilər.
05.12.16
Əmrahsız qalan dağlar
Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.
28.11.16
Əmrahsız qalan dağlar
Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.
21.11.16
Əmrahsız qalan dağlar
Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.
14.11.16
Əmrahsız qalan dağlar
Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.
07.11.16
Əmrahsız qalan dağlar
Əmrah Şuşa şəhərindən çıxanda atına bir qamçı çəkib cilovu buraxdı. At Kürdüstan dağlarının sinəsində əriş-arğac kimi uzanıb gedən cığırlarda qanad açdı. Yeddiqat deyilən yamac yolun kəsə
31.10.16
Əmrahsız qalan dağlar
Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.
24.10.16
Əmrahsız qalan dağlar
Yazı düzünün əkin-biçin yerlərində bir qaraltı gözə dəymirdi.
17.10.16
Əmrahsız qalan dağlar
Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.
10.10.16
Əmrahsız qalan dağlar - Roman
Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni yazıb tamamladığı romanını oxucularımıza təqdim edirik.
03.10.16
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.