https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
https://525.az/img/pics/medium/2026-06/395810_agh9phxj2m.jpg "Bunu sərt qərar kimi qəbul etmək olmaz" - Təhsil eksperti
https://525.az/img/pics/medium/2026-03/384915_poiwrb1kqe.jpg Pis rəsm - Məryəm Bağırova yazır
search
2 İyul 2026
1 İyul 2026

Beyonsun milyon dollarlıq əşyaları oğurlanıb

Beyonsun milyon dollarlıq əşyaları oğurlanıb

Naməlum şəxslər Los Ancelesdə amerikalı müğənni Beyonsun əşyalarının saxlanıldığı anbardan milyon dollar dəyərində əşyalar oğurlayıb.

525.az bildirir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat verib.

Oğrular bu ay artıq ikinci dəfədir Beyonsun əşyalarının saxlandığı anbarlara girirlər. Anbarların müğənninin prodüser şirkəti olan “Parkwood Entertainment” tərəfindən icarəyə götürülməsinə baxmayaraq, oğurlanan bütün əşyalar, mənbələrə görə, müğənniyə məxsusdur. Oğrular anbardan bahalı əl çantalarını və paltarları aparıblar. İlk soyğundan sonrakı həftə ərzində oğrular eyni anbar kompleksindəki daha bir neçə kameraya soxularaq müğənninin stilistlərindən birinə məxsus əşyaları da özlərilə götürüblər.

Portalın qeyd etdiyinə görə, oğurluq işinin araşdırılması ilə Los-Anceles polisi məşğul olur. Polis hələlik işlə bağlı heç kimi saxlamayıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.