525.az xəbər verir ki, razılığa əsasən, "Microsoft" ABŞ ordusu üçün 120 mindən çox "HoloLens" eynək istehsal edəcək. İstifadəçilərin həqiqi mühitlərə yerləşdirilmiş holoqramları görməsinə imkan yaradan eynəklərin ABŞ-da istehsal ediləcəyi açıqlanıb. Razılaşma elan edildikdən sonra şirkətin səhmləri 3% artıb.
Artırılmış Reallıq (AR) Virtual Reallıqdan (VR) fərqlidir. Bu texnologiyada, virtual gerçəklikdəki kimi olmayan bir mühit yaradılmır, əksinə qrafika həqiqi mühitlərə yerləşdirilir. Qeyd edək ki, HoloLens eynəkləri hazırda 3500 dollara satılır.
El Roman