ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrailə Amerika istehsalı olan sursatların tədarükünü dayandırıb.
525.az xəbər verir ki, bu barədə "Axios" portalı iki İsrail rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton 2023-cü ilin oktyabrından bəri ilk dəfə olaraq keçən həftə tədarükü dayandırıb. Mənbələrin bildirdiyinə görə, bu, İsrail hökumətində ciddi narahatlığa səbəb olub və rəsmiləri daşımanın niyə gecikdiyini anlamaqda çətinlik çəkib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cim Cordan Amerika lideri Co Baydenin İsrailə tədarükün dayandırılması ilə bağlı mümkün qərarını tənqid edib. Siyasətçi Ağ Evi müttəfiqindən əl çəkmək niyyətinə görə qınayıb.
Havar Şəfiyeva