Mərkəzi Amerika ölkəsi Panamada keçirilən prezident seçkilərində keçmiş ictimai təhlükəsizlik naziri Xose Raul Mulino qalib gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qutuların 90 faizinin açılmasından sonra əldə edilən nəticələrə görə, Panama Xilas Alyansının namizədi Mulino 34,42 faiz səslə prezident seçilib.
Digər Yol Hərəkatının (MOCA) namizədi Rikardo Lombana 25,01 faiz, keçmiş prezident Martin Torrixos isə 16 faiz səs toplayıb.
Ali Seçki Məhkəməsinin sədri Alfredo Junca Mulinonun seçkilərdə qalib gəldiyini açıqlayıb.
Qeyd edək ki, Mulino seçkinin nəticəsi ilə bağlı açıqlamasında məmnunluğunu ifadə edərək, xalqın onlara verdiyi bu vəzifəni “məsuliyyət” və “təvazökarlıqla” yerinə yetirəcəklərini bildirib.
Malik Atilay