Polis Qətərin "Əl-Cəzirə" telekanalının Qüdsdəki ofislərinə yayım qadağasından sonra axtarış aparmaq üçün gəlib.
525.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, polis telekanalın ofisinin yayımı və möhürlənməsi üçün lazım olan avadanlıqları və əməkdaşlarının mobil telefonlarını müsadirə edib. Bundan əlavə, nəşrin İsraildəki internet saytı da bloklanacaq.
Qeyd edək ki, bundan əvvəl İsrail Nazirlər Kabineti Qətərin "Əl-Cəzirə" telekanalının bağlanmasına yekdilliklə səs verib. Bu barədə ölkənin Baş naziri Benyamin Netanyahu məlumat verib.
Havar Şəfiyeva