"Üzüklərin hökmdarı" filmindəki Kral Teoden və "Titanik" filmində kapitan Edvard Smit rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Hillin meneceri Lou Coulson aktyorun bu səhər dünyasını dəyişdiyini açıqlayıb.
1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəminin kapitanı Edvard Smiti canlandırıb.
Britaniyalı aktyorun ölüm xəbərindən sonra yaxınları sosial şəbəkədə kədərlərini bölüşüblər.
Malik Atilay