
Qırğızıstan və Tacikistan dövlət sərhəd xəttindən qoşunları geri çəkmək barədə razılığa gəlib.
525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bununla əlaqədar hər iki ölkənin rəsmiləri neytral zonada görüş keçiriblər.
Görüş nəticəsində hər iki ölkənin qoşunlarının dövlət sərhəd xəttindən geri çəkilməsi barədə razılıq əldə edilib.



