Bu sözləri "Facebook" səhifəsində yazıçı-dramaturq Ülviyyə Heydərova bildirib.
"Dünən Siracın şəkilinə baxıb sevinirdim ki, Sirac təkcə Kəlbəcəri yox, doğulduğu Qubadlının Dondarlı kəndini də gördü. Məhərrəmlə hardasa üç həftə əvvəl təsadüfən Aztv-nin girişində gördüm. Sevindim, neçə vaxtdı ki, görmürdüm və bilirdim ki, azad olmuş torpaqlarda işləyir. Dedim, Məhərrəm özündən muğayat ol! Ola bilmədi. Can ay Sirac, can ay Məhərrəm.... İkisi də cavan, ikisi də ailəli, uşaqlı... İkisi də gözəl insan...."