|
|
|
|

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul etmişdir.
Görüşdə Azərbaycanda turizmin, o cümlədən dağ turizminin inkişafı və bu istiqamətdə müasir infrastrukturun yaradılması ilə bağlı görülən işlərdən danışıldı, Bakıda keçirilən 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin və BMT-nin Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci konfransının önəmi qeyd olundu.
Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsi, ölkəmizin turizm imkanları və bu sahədə görüləcək işlərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



