Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın məlumatına görə, feldyeger rabitəsi orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə xidmətin aşağıdakı əməkdaşları təltif ediliblər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:
Bağırov Ramiz Sabir oğlu Hüseynli Fuad Məhəmməd oğlu Mahmudov Vaqif Yunis oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:
Hacıyev Lətif Balaşirin oğlu Nəbiyev Vahid Cavad oğlu Nəzirov Vaqif Cəlal oğlu Nuri Ağa-Əli Tofiq oğlu Quliyev Yaşar Cəmiyyət oğlu Ramazanov Nurəddin Alov oğlu Sultanov Samir Həsənağa oğlu Teymurov Əkrəm Qələmşah oğlu
Dövlət başçısının digər sərəncamları ilə Dövlət Feldyeger Xidmətinin rəisi Ədalət Paşayevə feldyeger xidməti general-leytenantı, onun müavini Elmar Novruzova isə feldyeger xidməti general-mayoru ali xüsusi rütbə verilib.