“ANS-in Milli Teleradio Şurasını məhkəməyə verməsi onların hüququdur”. Bunu Lent.az-a açıqlamasında Şuranın aparat rəhbəri Toğrul Məmmədov ANS televiziyasının MTRŞ-nı məhkəməyə verməsinə münasibət bildirərkən deyib.
T. Məmmədov onu da vurğulayıb ki, bununla bağlı məhkəmədən onlara bildiriş gəlib: “Biz bu barədə çoxdan məlumatlıyıq”.
Qeyd edək ki, ANS 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində MTRŞ-nın “Adam içində” verilişi ilə bağlı çıxardığı qərarın ləğvi barədə iddia qaldırıb.