|
|
|
|

"Hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur"
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.
Azərbaycan XİN-dən 525.az-a daxil olan məlumata görə, təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib:
"Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir".



