|
|
|
|

“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu naməlum şəxsin hücumuna məruz qalıb.
Bu barədə APA-ya jurnalist F. İlqaroğlu özü məlumat verib. F. İlqaroğlu qeyd edib ki, bu gün səhər 10.30 radələrində yaşadığı evdən çıxarkən naməlum şəxsin hücumuna məruz qalıb: “Səhər saatlarında evdən çıxanda naməlum şəxs mənə hücum çəkərək boğazımdan tutdu və bir neçə zərbə endirdi. Naməlum şəxs əlini bıçağa aparmaq istəyərkən qonşuların səsə gəldiyini görüb hadisə yerindən qaçdı.”
F. İlqaroğlu faktla bağlı “102” xidmətinə məlumat verdiyini və şikayət ərizəsi yazmaq üçün Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə getdiyini bildirib.
Qeyd edək ki, Fərahim İlqaroğlu APA TV ilə də əməkdaşlıq edir.



