|
|
|
|

Xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkalianiyə təşəkkür edib.
525.az xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov "Twitter" hesabında paylaşım edib. O, Gürcüstan XİN başçısına Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə münasibəti ilə təbrikinə görə təşəkkür edib.
"Səmimi təbriklərə və ən xoş arzulara görə təşəkkürlər, əziz David Zalkaliani",- deyə Ceyhun Bayramov qeyd edib.



