|
|
|
|

Azərbaycanın Vatikanda səfirliyi açılacaq.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
O bildirib ki, “Müqəddəs taxt-tacda səfirliyin təsis edilməsi haqqında” qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə daxil olub.



