|
|
|
|

Estoniya parlamentinin deputatları Sven Sester və Mixail Korb Azərbaycana səfərə gəlirlər.
525.az xəbər verir ki, noyabrın 1-dən başlayacaq səfər 3 gün davam edəcək. Estoniyalı deputatlar Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Xarici İşlər Nazirliyinin rəsmiləri və bir sıra qurumlarda görüşlər keçirəcəklər.



