|
|
|
|

Ukrayna Azərbaycanlıları Radasın rəhbərliyi Ze! Molodyojka və Yeni Azərbaycan partiyası gənclər birliyi rəhbərliyi ilə görüşüb.
525.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasında baş tutan görüşü giriş sözü ilə UAR həmsədri Oleq Krapivin açıb. Ze!Molodyojka rəhbəri, Ukrayna Ali Radasının deputatı Aleksabdr Sançenkonu və gələn qonaqları salamlayan Oleq Krapivin gənclər siyasətinin önəmindən danışıb. “Ukraynada yaşayan azərbaycanlı gənclər beynəlxalq arenalarda Ukrayna bayrağını dalğalandırır” deyən UAR həmsədri gəncləri daha çox siyasi arenada da görmək istədiklərini bildirib. Diaspor rəhbəri Ukrayna rəhbərliyini gənclər siyasətinə önəm verməyə, xaricdə təhsil alan gənclərin Ukraynaya geri dönmələri üçün əlverişli şərait yaratmağa çağırıb.
525.az xəbər verir ki, ZE! Molodyojka lideri, millət vəkili Aleksandır Sançenko yüksək səviyyəli təşkikatçılığa görə UAR rəhbərliyinə təşəkkür edib. Millət vəkili bildirib ki, müəllifi olduğu və Ali rada tərəfindən qəbul olunan yeni qanun gənclər üçün əlavə prespektivlər vəd edir. “Ukraynada gənclər siyasəti prezident Vladimir Zelenskinin hakimiyyəti dövründə yenidən qurulur. Bu istiqamətdə paytaxt Kievdə və regionlarda gənclər üçün mərkəzlərin qurulmasına start verilib. Ümumi 2500 belə mərkəzin qurulması nəzərdə tutulur” deyən ZE!Molodyojka rəhbəri azərbaycanlı gənclərin uğurlarını izlədiklərini bildirib. Sançenko onu da əlavə edib ki, siyasi səhnədə azərbaycanlı gənclərin daha aktiv olması Ukrayna siyasəti üçün də önəmlidir.
Əməkdaşlıq üçün ZE!Molodyojka rəhbərliyinə və Bakıdan gələn qonaqlara təşəkkür edən Ukrayna Azərbaycanlıları radasın baş katibi Ceyhun Məmmədov bilirib ki, gənclər diaspor siyasətinin ən vacib istiqamətidir. “Gənclər bizim gələcəyimizdir. Onların doğu yönləndirilməsi bizim və ölkəmizin gələcəyini müəyyənləşdiri” deyən baş katib gənclər üçün doğru örnək olmağın vacibliyini vurğulayıb.
Yeni Azərbaycan partiyası gənclər birliyinin sədri Bəxtiyar İslamov Ze! Molodyojka ilə birgə əməkdaşlıq haqqlnda memarandum imzaladıqlarını bildirib. İslamov əlaqələrin inkişa etdirilməsinin vacibliyini vurğulayıb və Ze!molodyojka rəhbırliyini Bakıya dəvət etdiklərini bildirib.
UAR gəncər departementinin rəhbəri Mömünə xanım Səttarova bildirib ki soydaşlarımız tərəfindən təsis olunan və Ukraynada fəaliyyət göstərən gənclər təşkilatlarının kordinasiyası istiqamətində işlər aparılır.
UAR aparat rəhbəri Elşad İbrahimov gənclər üçün ortaq düşərgələrin təşkilinin önəmindən danışıb. Aparat rəhbəri bildirib ki, pandemiya şəraitindən öncə belə bir təcürbə olub və Ukraynalı gənclər yay düşərgəsi üçün Azərbaycanda olublar.
Görüşdə çıxış edən Ze!Molodyojkaının beynəlxalq əlaqələr departamentinin rəhbəri Alina Poddubnaya da qarşılıqlı əməkdaşlıqdan məmnun olduqlarını bildirib.
Görüş iştirakçıları daha sonra 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük zəfər yürüşünün ildönümü münasibətilə Ukrayna Azərbayacanlıları Radasında təşkil olunan fotosərgi ilə tanış olubkar. Sərgidə Qarabağ Dirçəliş Fondu tərəfindən ərsəyə gələn, ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu "Karabakh.Center" layihəsi əsasında erməni işğalçıları tərəfindən törədilən vandalizm əməllərinin əks olunduğu "Qarabağda Urbisid" adlı fotosərgi nümayiş olunur.






