|
|
|
|

Xalq yazıçısı Anar Təhminənin sirrini açdı. Hekayəni “525”in şənbə sayında oxuya bilərsiniz.
***
"…Bir müddət bundan əvvəl hansı tədbirdənsə çıxarkən iki gənc – oğlan və qız mənə yanaşdılar. Nişanlı, ya ər-arvad idilər, bilmirəm.
Oğlan:
- Olar sizə bir sual verim? – dedi.
- Olar. – dedim.
Oğlan:
- Zəhmət olmasa sən kənara çəkil – deyə qızın qolundan tutub bir az aralıya apardı. – İnciməyin, – dedi – bir şey soruşmaq istəyirəm sizdən. O bağda Təhminəylə Spartakın arasında bir şey olub? Bilirsiz də nə mənada?..”



