AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Hacıqabul şəhərində Şirvan filialı yaradılacaq.
525.az xəbər verir ki, bu barədə qərar noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında qəbul olunub. İclasda, həmçinin bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə edilib.