https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
https://525.az/img/pics/medium/2026-06/395810_agh9phxj2m.jpg "Bunu sərt qərar kimi qəbul etmək olmaz" - Təhsil eksperti
https://525.az/img/pics/medium/2026-03/384915_poiwrb1kqe.jpg Pis rəsm - Məryəm Bağırova yazır
search
2 İyul 2026
1 İyul 2026

Ərdoğandan məşhur yarışmaya sanksiya

Ərdoğandan məşhur yarışmaya sanksiya

Türkiyədə FOX TV-də yayımlanan və son dövrdə çox diqqət çəkən “Maske sen kimsin?” yarışmasına adı çəkilmədən sanksiya tətbiq edilməsi tələb edilib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənəd imzalayıb.

Türkiyənin Radio və Televiziya Şurasının (RTÜK) araşdırma başlatdığı müsabiqə barədə sənəddə prezident müvafiq qurumlara konstitusiya və qanunlardan irəli gələn sanksiyaların tətbiq edilməsini tapşırıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə qəzetdə “Çap və nəşr fəaliyyətləri” başlıqlı sənəd dərc edilib.

Bundan əlavə, qeyd olunub ki, “uşaq və gəncləri qorumaq üçün” bu cür proqramlara qarşı addımlar atılmalıdır.

Yarışmanın formatına uyğun olaraq məşhurlar maska və kostyumlardan istifadə etməklə özlərini gizləyərək mahnı səsləndirir. Münsiflərlə tamaşaçılar isə performansları dəyərləndirərək onların kim olduqlarını təxmin etməyə çalışır.

Qeyd edək ki, “Maske, kimsin sen?”in aparıcısı tanınmış aktyor Tansel Öngel, münsifləri isə Eda Ece, Melis Sezen, Alican Yücesoy və Doğu Demirkoldur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.