|
|
|
|

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
525.az APA-ya istinadən xəbər verir ki, Putin və Makron arasında telefon danışığın baş tutması haqqında məlumatı ilk öncə Yelisey Sarayı yayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Makron danışıqlarının keçirildiyini təsdiqləyib.
Yelisey Sarayının məlumatında isə Makronun Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar apardığı qeyd olunub.



