
Bu gün keçiriləcək Azərbaycan kubokunun final matçı ilə mövsümə yekun vurulacaq.
525.az-ın məlumatına görə, həlledici görüşdə "Qəbələ" və "Neftçi" klubları üz-üzə gələcək.
Bu komandalar kubokun finalında ilk dəfə üz-üzə gələcəklər. "Neftçi" indiyədək 8 dəfə final oynadığı halda, "Qəbələ" klubu ilk dəfə bu hüquqa yiyələnib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın start fiti saat 20:00-da veriləcək.
Qeyd edək ki, hər iki klub yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək.



