https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
https://525.az/img/pics/medium/2025-10/367606_yp1dbcw343.jpg Həyat həqiqətləri bədii təxəyyül işığında - Tural Adışirin yazır
https://525.az/img/pics/medium/2022-03/220713_pqe3s6s2c5.jpeg Kimsə bilməz Tanrı dağın yaşını... - Ağacəfər Həsənli yazır
search
25 İyul 2026
24 İyul 2026

Türkiyənin iki klubu Avroliqadan kənarlaşdırıla bilər

Türkiyənin iki klubu Avroliqadan kənarlaşdırıla bilər

UEFA Türkiyənin iki klubu ilə bağlı araşdırmalara başlayıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Sivasspor" və "Eskişehirspor" klublarını adı "danışılmış oyunlar"da hallanır.

Hər iki klub 2010/2011 mövsümündə "Fənərbaxça"ya qəsdən uduzmaqda şübhəli bilinir. Yeni mövsüm Türkiyəni Avropa Liqasında təmsil edəcək hər iki klubun "danışılmış oyunlar"da iştirakı sübuta yetirilərsə, UEFA-nın adı çəkilən klubları avrokuboklardan kənarlaşdırılacağı gözlənilir. "Sivasspor" və "Eskişehirspor" klublarının işinə 2-3 iyunda İsveçrənin Nyon şəhərində keçiriləcək iclasda baxılacaq. 

Qeyd edək ki, millimizin üzvü Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" cari mövsümü 5-ci pillədə başa vurmaqla, "Eskişehirspor" klubu isə kubokun finalına yüksəlməklə Avropa Liqasında oynamaq hüququ qazanıb. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.