Bu gün dizel mühərrikinin ixtiraçısı Rudolf Dizelin doğum günüdür. 1858-ci il martın 18-də dünyaya göz açan tədqiqatçı Fransa-Rusiya müharibəsi zamanı ailəsi ilə birlikdə İngiltərəyə köç etməyə məcbur olub.
525.az xəbər verir ki, bir müddət sonra Münhen Ali Texniki Məktəbinə təhsil almaq məqsədilə Almaniyaya yollanıb. Daha sonra Dizel İsveçrəyə gedib və burada mexanika şirkətində təcrübə qazanmaq üçün işə başlayıb. Amonyak buxarı ilə işləyən bir motor ixtira etsə də motor işə salındıqda partlayıb. Bu hadisə Dizelin səhətinə ciddi zərər verib, aylarla xəstəxanada yatmasına səbəb olub. Lakin bu məsələ Rudolf Dizeli ruhdan salmır və o 1897-ci ildə dizel mühərrikini ixtira edir.
Bu ixtirası ilə tarixə düşən alim 19 sentyabr 1913-cü ildə müəmmalı şəkildə vəfat edib.
Mövzu ilə bağlı daha ətraflı məlumatı “525-ci Kanal” təqdim edib:
Nigar Abbasova