https://525.az/img/pics/medium/2024-01/298153_e6snn5oqaj.jpeg Bədii nəsrimizin sönməyən ulduzu - İsi Məlikzadə - 90
https://525.az/img/pics/medium/2024-05/312341_je4lkeiuoy.jpg İnfluencer Səma Abıyeva: "İnfluencer fəaliyyətinin genişlənməsi üçün dövlətin dəstəyinə ehtiyac var"
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
search
3 May 2024
2 May 2024

"Hilari Klinton"nun türk səfirlə hamam söhbəti (FOTOLAR)

"Hilari Klinton"nun türk səfirlə hamam söhbəti (FOTOLAR)

“CNBC”də yeni yayımlanan “Political Animals” (Siyasi Heyvanlar) serialının ikinci bölümündə Türkiyənin Vaşinqtondakı səfirinin ABŞ-ın Xarici İşlər naziri ilə hamamda söhbət etdikləri səhnələr birmənalı qarşılanmayıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türkiyəli səfirin rolunu canlandıran obraz, onun Amerika Xarici İşlər naziri ilə yaxın əlaqələr qurması izləyicilər tərəfindən sərt reaksiyalarla qarşılanıb. 6 bölümdən ibarət “Political Animals” mini-serialında Hillari Klintonun həyatını məşhur aktrisa Sigourney Veaver “Elaine Barrish Hammond” obrazı ilə canlandırır. Hammond serialda həyat yoldaşı tərəfindən aldadılır, lakin o ümidini itirmir. Həyatını karyera yüksəlişi ilə davam etdirir. Prezident seçilməsə də, ABŞ-ın Xarici İşlər naziri vəzifəsinə təyin olunur.
 
Amerikanın Xarici İşlər naziri İranda saxlanılan 3 jurnalistin azad edilməsi üçün Türkiyə səfiri ilə danışıqlar aparmağı qərara alır. Türkiyəli diplomatla görüşə gələn nazirə səfirin hamamda olduğunu desələr də, o hamama yollanır. Daha sonra səfir tərəfindən yeməyə dəvət olunan nazir müəyyən problemləri həll etmək üçün məcbur olaraq bu təklifi də qəbul edir.

Səfir “Sərkan”ın hər kəsin getdiyi hamamda yuyunması, "hamam"ın bir türk adəti kimi təqdim olunması və Türkiyənin hələ də qərbdə bir hamam ölkəsi kimi tanınması türk seyrçilər tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Nigar Məhərrəm



Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.