|
|
|
|
Bakıda "Qanun Nəşrlər Evi"nin yaxınlığında qumbara aşkarlanıb.
525.az xəbər verir ki, bu barədə nəşriyyatın sahibi Şahbaz Xuduoğlu məlumat yayıb.
O bildirib ki, binanın ətrafını təmizləyən fəhlə qumbara aşkar edib: "Qumbara istifadə olunmayıb, necə deyərlər "sağlamdır". Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər".
Qumbara FHN-in mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
FHN-in Mətbuat Xidməti faktı təsdiqləyib.