https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Azərbaycan Silahlı Qüvvələrinin futbol üzrə çempionatı başlayıb

Azərbaycan Silahlı Qüvvələrinin futbol üzrə çempionatı başlayıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən, hərbi qulluqçular arasında futbol çempionatına start verilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 26-da hərbçilər arasında keçirilən futbol çempionatının təntənəli açılış mərasimi olub. Yarış iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər. Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi yad edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.

Gəncə şəhərində təşkil edilən yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılardan ibarət komandalar iştirak edir.

AFFA hakimlərinin idarəçiliyi ilə keçirilən çempionatda 13 komanda 4 qrupda mübarizə aparır. Mayın 28-dək keçirilən oyunlarda hər qrupdan birinci və ikinci yeri tutan komandalar müəyyən ediləcək. Mayın 29-u və 30-da dörddə bir final yarışları, mayın 31-də isə yarımfinal oyunları keçiriləcəkdir.

İyunun 1-də final matçı və çempionatın bağlanış mərasimi olacaqdır.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.