
Bakıda daş karxanasında bir nəfəri öldürən, digərini isə bıçaqlayan şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 25-də Səngəçal qəsəbəsində yerləşən daş karxanasında Nurəddin adlı şəxs orada fəhlə işləyən Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqla xəsarət yetirib.
F. Məmmədov aldığı xəsarətlərdən mayın 26-da xəstəxanada ölüb. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Tovuz rayon sakini Nurəddin Məmmədov tutulub.



