APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 29-da saat 05 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Samir Əliyevin yaşadığı evdə yanğın baş verib.
Yanğın söndürüldükdən sonra Samir Əliyevin yanmış meyiti tapılıb.