Şükufə Mühəddin qızı Yusupova “Şöhrət” ordeni ilə təltif edilib.
525.az-ın məlumatına görə, bu barədə dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Ş. Yusupova Azərbaycan Respublikasında teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə qeyd olunan ordenlə təltif edilib.