
Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində, Qara Qarayev prospektində iki sərnişin avtobusunun toqquşması nəticəsində 10 nəfərdən artıq şəxs yaralanıb.
Bu barədə Lent.az-a 3 saylı şəhər xəstəxanasından bildirilib. "Ruslan 93" marketinin qarşısından gətirilin yaralıların xəstəxanaya yerləşdirilməsi davam etdirilir.
*****
11:09
Bakıda iki sərnişin avtobusu toqquşub.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qara Qarayev metrosunun yaxınlığında, “Ruslan” marketin qarşısında qeydə alınıb.
36 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə 1 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb.



