|
|
|
|
Türkiyənin populyar “Detayhaberler.com” portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, dünyasını vaxtsız dəyişmiş Fərhad Metenin türk dilinə uyğunlaşdırılmış “İstədiyin kimi” şeirinin yayınına başlayıb.
525.az xəbər verir ki, şeir türk dilinə Dövlət Tərcümə Mərkəzinin türk dili mütəxəssisi Sənan Nağıyev tərəfindən uyğunlaşdırılıb.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini mütəmadi şəkildə işıqlandıran xüsusi səhifə yaradıb.