|
|
|
|

Əfsanə RƏHİMLİ
Sən gedəndən
qəlbim də gedib sanki,
Dəfn olunan Sənsən,
mən - məzar kimi.
Ağlamaq çarə deyil,
dərmanım Sən idin,
Bir dəfə görüşsək,
qucaqlasam səni, Ata!..
Şəkil tək dayanmışam
Sənin qarşında,
“Öl” desən, ölərdim mən
Sənin yolunda.
Canını Vətənə qurban vermisən Sən,
Mən Sənə son sözlərimi
necə çatdırım, Ata?!
Sən gedəndən
günəş tərk edib evimizi,
Sən gedəndən
sözlərim yarım qalıb mənim.
Əllərim yanıma düşəndə
Sən tutardın, indi
Sən getmisən, yoxsan,
qalmışam Sənsiz!..
Ata, ruhum, dostum, uşaqlığım,
hər şeyim!
Atam, ömrüm, dünyam, nəfəsim mənim!
İsti nəfəsində gizlənmək,
səni qoxlamaq,
Sənin ətrində qocalmaq istərdim, Atam!..



