Kənd Təsərrüfatı naziri Heydər Əsədov yeni təyinat edib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Möhtəsim Əhmədov Respublika Dövlət Toxum Müfəttişliyinin rəis müavini təyin edilib. Eyni zamanda o Müfəttişliyin rəisi vəzifəsini (müvəqqəti) icra edəcək. M. Əhmədov bu vəzifəyə qədər Əkinçilik İnstitutunun direktor müavini vəzifəsində çalışıb.
Müfəttişliyinin rəisi vəzifəsinin müvəqqəti olaraq icrası Ədalət Yusifov isə təqaüdə göndərilib.
Qeyd edək ki, nazirin martda imzaladığı əmrlə Mikayıl Zeynalov Respublika Dövlət Toxum Müfəttişliyinin rəisi Mikayıl Zeynalov vəzifəsindən azad edilmişdi.