“Mingəçevir su anbarı çoxdan problemlidir. Bununla bağlı dəfələrlə müraciət olunub ki, orada kompleks tədqiqatlar aparmaq lazımdır. Həmçinin, adıçəkilən su anbarında monitorinq sistemi qurulmalıdır”.
Lent.az-ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, 2010-ci ildə Kür daşqınları zamanı Mingəçevir su anbarında da təhlükəli vəziyyət yaranıb: “O zaman suyun axınının səviyyəsini aşağı salmışdılar. Həmin dövrdə seysmiklik artmağa başladı. Çünki həmin hövzənin altında zəlzələ ocağı yerləşir. Həmin ərazi seymogen ərazidir”.