Avqustun 17-də Müslüm Maqomayevin doğum günü münasibətilə Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan pavilyonu”nda “Nizami” filminin nümayişi keçiriləcək.
525.az-ın məlumatına görə, tədbir Azərbaycan pavilyonunun rəhbərləri tərəfindən təşkil olunub.
Qeyd edək ki, filmdə baş rolda estrada və opera müğənnisi, aktyor, bəstəkar, Azərbaycan SSR-in Əməkdar artisti və Sovet İttifaqının Xalq artisti M.Maqomayev oynayıb.