Azərbaycanda bir neçə dövlət qurumu məhkəməyə verilib.
525.az-ın Lent.az-a istinadən verdiyi məlumatına görə, bu barədə Bakı Apelyasiya Məhkəməsində xəbər yerləşdirilib. Belə ki, Ağazadə Elmira adlı vətəndaş tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi qarşı «qeyri-yaşayış sahəsindəki mülkiyyət hüququnun paylarla müəyyən edilməsi və həmin paylara uyğun yeni çıxarışın verilməsi» barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə verilib. Bununla bağlı məhkəmə iclası bu gün baş tutacaq.
Bundan başqa, “Azərneftyağ” Neft Emalı Zavodu da (Dövlət Neft Şirkətinin tabeliyindədir) məhkəməyə verilən müəssisələr arasındadır. 30-dan artıq vətəndaş “Azərneftyağ” Neft Emalı Zavoduna qarşı onlara məxsus yaşayış sahəsinin hər kvadrat metrinə 1500 manat kompensasiya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə üz tutub.