Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.
525.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, məhkum Oqtay Qabil oğlu Zəkiyevə nişanlısı Şöhlə Saleh qızı Həsənlinin gətirdiyi sovqata baxış keçirilib. Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində sovqatın içərisində olan üz kreminin içərisinə xüsusi üsulla yerləşdirilmiş daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və ona məxsus 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
O.Zəkiyev CM-nin 317-2.1; 120.2.1; 120.2.4 və 120.2.5 maddələrinə əsasən azadlıqdan məhrum edilib.