|
|
|
|

Bu gün Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
525.az-ın “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, bu gecə saat 00:00-dan etibarən paytaxtın Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinədək yol bağlanacaq.
P. Mürsəliyev sürücülərdən alternativ yollardan istifadə etməyi məsləhət bilib.
Qeyd edilən yol iyunun 6-dan 7-nə keçən gecə bağlanacağı nəzərdə tutulsa da, Bakıda keçirilən ilk buraxılış imtahanları ilə əlaqədar yolun bağlanması təxirə salınıb.



