|
|
|
|

Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Goranboy Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən 7,2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.



