Bakı şəhərində avtomobillərin saxlanılması (parkinq) məsələlərinin yerli icra hakimiyyətlərinə verilməsi nəzərdə tutulur.
Hazırda bununla bağlı müvafiq mexanizm hazırlanır.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
O, deyib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ətraflı məlumat veriləcək.