https://525.az/img/pics/medium/2026-07/398511_ic71vukndj.jpg Xəzər dənizində zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/398505_iynksz8jz6.jpg Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub
https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
search
26 İyul 2026
25 İyul 2026
24 İyul 2026

Fariz Məmmədov: "Karyeramı bitirəcəkdim"

Avropa çempionluğu uğrunda revanş döyüşündə almaniyalı Matias Pelki məğlub edən Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov vətənə dönüb.

Hava limanında idmançımızı ölkənin boks həvəskarları, "Qəbələ" İdman Klubunun boks komandası, klub rəsmiləri media nümayəndələri qarşılayıb. Qarşılama mərasiminin ardından Fariz Məmmədov Azərbaycana gətirdiyi WBCA WBO versiyaları üzrə Avropa kəmərləri ilə media nümayəndələrinin önünə çıxıb:

"Pelklə döyüş çox gərgin keçdi. Çünki ilk raunda sol qaşımdam ağır zədə aldım. Bu, məni həyəcanlandırdı. Görüş 12 raund idi. Rəqib həmin nöqtəyə çoxlu zərbələr endirə bilərdi. Zədənin növbəti raundlarda ağırlaşması hakimlərin döyüşü dayandırması ehtimalı var idi. Bilirsiniz ki, Pelklə Almaniyada döyüşürdüm. Orta hakim belçikalı olsa da, 3 yan hakimi almaniyali idi. Amma mənim fikrim başqaydı. 6 ay aramsız məşq edib, qələbə hissi ilə alışıb yanırdım. Matiası yaxşıca öyrənmişdim. Onun əli uzun olduğundan, mənimlə məsafədə döyüşəcəkdi. Bunun üçün, ilk 2 raundda zərbələri onun çiyninə vurub, başını buraxdım. Məni aqresiv, yaxın məsafələrdən işləyən boksçu kimi tanıdığından, Pelklə başqa taktikada döyüşdüm. Məqsədim rəqibi nokauta salmaq deyil, 12 raundun cəmində qalib gəlmək idi. Lakin ona vurduğum ağır zərbələrin nəticəsində, o, 4- hissədə təslim oldu. Bundan özüm təəccübləndim. Sonra məlum oldu ki, ağır zədə alıb".

Fariz Məmmədov dəstəyə görə "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərova təşəkkür edib:

"Qəbələ" İdman Klubunun rəhbərliyinə, şəxsən klubun prezidenti Tale Heydərova mənə verdiyi dəstəyə təşəkkür edirəm. Evdə uğursuz çıxışımdan sonra, idmançı karyeramı bitirməyi düşünürdüm. Psixoloji vəziyyətim qaydasında deyildi. Məğlubiyyətim mənə pis təsir etmişdi. Mənim boksa qayıdışımda "Qəbələ" rəhbərliyinin böyük dəstəyi oldu. Məni ruhlandırdılar, mənə inandılar. Rəhbərliklə görüşdə mənə dəstək oldular. Söz vermişdim ki, etimadı doğruldacağam. Allaha şükürlər olsun ki, qarşıya qoyduğum məqsədə çatdım".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.